"Sülh çeşməsi" əməliyyatlarının detalları AÇIQLANDI

 13:35 11.10.2019     243

Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatlarının bəzi detalları məlum olub.

Redaktor.az xəbər verir ki, əməliyyatın detalları prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutan toplantıda müzakirə olunub. Məlumata görə, hərəkatın 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. İlk mərhələnin 10 gün ərzində başa çatması nəzərdə tutulub.

İkinci mərhələdə ələ keçirilən ərazilərdə təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulub. 3-cü mərhələdə ələ keçirilən ərazilərdə yenidənqurma işləri planlaşdırılıb. Hərbçilərin məqsədi sərhəddən 32 kilometr məsafədə yerləşən “M-4” quru yolunu ələ keçirərək, terrorçuların strateji dəstəyini kəsməkdir.

Anar Türkeş / Redaktor.az