"Çeşmə bulağı" hərəkatı çərçivəsində 342 terrorçu məhv edildi

 14:18 11.10.2019     717

Türkiyə Silahlı Qüvvələrinin Milli Suriya ordusu ilə birgə Fərat çayının şərq sahilində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatları çərçivəsində məhv edilən terrorçuların sayı 342-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. 4 istiqamətdən hücuma keçən hərbçilər, 11 kəndi terrorçulardan azad edib.

Qeyd edək ki, oktyabr ayının 9-da Türkiyə Silahlı Qüvvələri Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayıb.

Anar Türkeş / Redaktor.az