İran neft tankerinə hücumla bağlı AÇIQLAMA YAYDI

 16:41 11.10.2019     340

Səudiyyə Ərəbistanı sahillərində İrana məxsus neft tankerində baş verən partlayışlara səbəb hücum olub.

Redaktor.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyindən belə açıqlama verilib. Açıqlamaya görə, gəmi iki dəfə hədəfə alınıb.

Qeyd edək ki, hadisə İranın Milli neft şirkətinə məxsus gəmi Ciddə şəhərindən 100 kilometr məsafədə üzərkən baş verib. Heyət üzvləri arasında tələfat qeydə alınmayıb. Hücumun ardınca külli miqdarda neft Qırmızı dənizə axmağa başlayıb.

Anar Türkeş / Redaktor.az