Terrorçular Türkiyədə dinc insanları HƏDƏFƏ ALDI

 17:25 11.10.2019     353

Suriyanın şimalından Türkiyənin Suruc rayonuna mərmilər atılıb.

Redaktor.az xəbər verir ki, hücum zamanı 2 dinc sakin həlak olub. Mərmilər evlərə və nəqliyyat vasitələrinə tuş gəlib. Bölgəyə çox sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib.

Hücumu PKK-PYD terrorçuları təşkil edib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayıb.

Anar Türkeş / Redaktor.az