Rusiya XİN "Sülh çeşməsi" əməliyyatları ilə bağlı BƏYANAT YAYDI

 17:01 11.10.2019     229

“Rusiya Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlardan narahatdır”.

Redaktor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir. Açıqlamada qeyd edilir ki, Ankara Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Bununla belə bildirilib ki, Rusiya Türkiyənin təhlükəsizliyini təmin etməsi üçün terrorçularla mübarizənin vacibliyini anlayışla qarşılayır.

Anar Türkeş / Redaktor.az