ABŞ-da meşə yanğınları - 100 min insan təxliyyə edildi

 07:11 12.10.2019     468

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, yanğınlar səbəbindən 100 min insan təxliyyə edilib.

Məlumata görə, yanğınlar 2 min hektar ərazidə meşə təsərrüfatını məhv edib.

Yanğın ərazisində xilasedicilər işləyir.

Rüfət Xəlil / Redaktor.az