"Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə təlimat verib" - ABŞ-ın maliyyə naziri Stiven Mnuçin

 23:28 11.10.2019     236

ABŞ prezidenti Donald Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə səlahiyyətli orqanları təlimatlandırıb, lakin bu sanksiyaların aktivləşdirilməsi barədə hələ göstəriş verməyib.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin mətbuat konfransında deyib.

O bildirib ki, maliyyə institutları Türkiyəyə mümkün sanksiyalar barədə təlimatlandırılıblar.

"Əgər ehtiyac duyularsa, biz Türkiyənin iqtisadiyyatını dayandıra bilərik. Bu, humanitar problemləri və oradakı insanları müdafiə etməyimizin bir yoldur", - deyə Mnuçin qeyd edib. /apa/