PKK/PYD silahlılarına AĞIR ZƏRBƏ - Məhv edilən terrorçu sayı 415-a çatıb

 10:00 12.10.2019     524

Türkiyənin Müdafiə Nazirliyi Suriyanın şimalında əməliyyatlar başlayandan indiyədək 415 terrorçunun məhv edildiyini bildirib.

Redaktor.az-ın Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, bundan öncə əməliyyat zamanı 399 terrorçunun zərərsizləşdirildiyi bildirildi.

“Fərat çayının şərqində gecə saatlarındakı "Sülh mənbəyi" adlı əməliyyat müvəffəqiyyətlə keçirilib. PKK/PYD-YPG terror qruplaşmalarına hava və qurudan zərbələr endirilib. Ləğv edilmiş terrorçuların ümumi sayı 415-ə çatdı”, - deyə Müdafiə Nazirliyinin “Twitter”dəki açıqlamasında qeyd olunur.