Türkiyə ordusu Suriyanın şimalında strateji yolu ƏLƏ KEÇİRDİ

 11:56 12.10.2019     236

Türkiyə Silahlı Qüvvələri Milli Suriya ordusu ilə birgə Fərat çayının şərq sahilində həyata keçirdiyi əməliyyatlar nəticəsində strateji əhəmiyyətli “M-4”quru yoluna nəzarəti ələ keçirib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Milli Suriya ordusunun döyüşçüləri bu gün səhər  saatlarında Mənbicdən Kamışlı istiqamətində olan yola çatıblar.

Qeyd edək ki, “M-4” quru yolu PKK-YPG terrorçuları üçün çox əhəmiyyətlidir. Terrorçular silahların daşınmasını və qanunsuz ticarəti bu yol vasitəsilə həyata keçirir.

Anar Türkeş / Redaktor.az