Hulusi Akar Suriya SƏRHƏDİNDƏ
Türkiyənin Müdafiə naziri Hulusi Akar və ordu komandanları Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə gəliblər.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, nazir və onu müşayiət edən heyət Suriyanın şimalında davam edən “Sülh çeşməsi” əməliyyatlarını izləyiblər.
Suriyadakı koalisiya qüvvələrinin mövqelərinin vurulması ilə bağlı iddialara münasibət bildirən Hulusi Akar, xəbərlərin əsassız olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə və ABŞ hərbçiləri arasında koordinasiya var və koalisiya qüvvələrinin vurulmasından söhbət gedə bilməz.
Anar Türkeş / Redaktor.az