ABŞ Səudiyyə Ərəbistanına 3 min hərbçi göndərir

 12:48 12.10.2019     243

ABŞ İran təhdidi ilə mübarizə aparmaq üçün Səudiyyə Ərəbistanına 3 min hərbçi göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib. Bildirilib ki, krallığa göndəriləcək heyət hərbi hava və quru qüvvələri üzrə hərbçilərdən ibarət olacaq.

Həmçinin, Səudiyyə Ərəbistanına hava hücumundan müdafiə sistemləri və digər hərbi avadanlıqların da yerləşdirilməsi nəzərdə tutulub.

Anar Türkeş / Redaktor.az