"Ticarət müharibəsini bitirməyə çox yaxınıq" - Tramp

 13:27 12.10.2019     318

ABŞ Çindən idxal olunan məhsullara əlavə vergilərin tətbiq olunmasını təxirə salıb.

Redaktor.az xəbər verir ki, prezident Donald Tramp belə açıqlama verib. O bildirib ki, Çindən olan rəsmilər ilə müzakirələr zamanı ticarət məsələlərinə dair qismən razılıq əldə olunub.

"“Ticarət müharibəsini” bitirməyə çox yaxınıq” - deyən “Ağ ev” rəhbərinin sözlərinə görə, Pekin Vaşinqtonun irəli sürdüyü bəzi şərtləri qəbul edib.

Qeyd edək ki, oktyabr ayının 15-dən etibarən Çindən idxal olunan məhsullara 250 milyard dollar dəyərində əlavə vergilərin tətbiq olunmasını nəzərdə tutulmuşdu.

Anar Türkeş / Redaktor.az