Türkiyə ordusu Rəsulayn şəhərini ƏLƏ KEÇİRDİ

 13:44 12.10.2019     287

Türkiyə Silahlı Qüvvələri Milli Suriya ordusu ilə birgə Fərat çayının şərq sahilində həyata keçirdiyi əməliyyatlar nəticəsində strateji əhəmiyyətli Rəsulayn şəhərini  ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordu şəhərin mərkəzinə daxil olub.

Hazırda şəhərin mərkəzində təhlükəsizliyin tam təmin olunması üçün əməliyyatlar davam edir. Quraşdırılmış partlayıcı qurğular zərərsizləşdirilir.

Anar Türkeş / Redaktor.az