Qəzaya uğrayan təyyarədə iki rus da olub - Səfirlik

 20:58 12.10.2019     213

Ötən gün Konqo Demokratik Respublikasında (KDR) qəzaya uğrayan təyyarədə iki rusiyalı olub.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın bu ölkədəki səfirliyinin rəsmi Feysbuk səhifəsində qeyd edilib. Məlumata görə, Konqonun Qomo şəhərindən paytaxt Kinşasaya uçan zaman qəzaya uğrayan “An-72” təyyarəsində olan 8 nəfərdən ikisi - Vladimir Sadovniçi və Vitali Şumkov Rusiya vətəndaşıdır.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirildiyi bildirilib.