"Barış bulağı" əməliyyatı: Suriyada 459 terrorçu məhv edilib

 22:58 12.10.2019     337

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış bulağı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 459 terroçusu zərərsizləşdirilib.

“Hurriyet” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış bulağı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

*   *   *12:28

Türkiyənin Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı başladığı “Barış bulağı” hərbi əməliyyatları çərçivəsində 415 terrorçu zərərsizləşdirilib.

Redaktor.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Terrorçuların mövqeləri qurudan və havadan vurulub.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da “Barış bulağı” əməliyyatına başlayıb