Çində kafedə partlayış olub, 6 nəfər ölüb, 9 nəfər yaralanıb

 11:54 13.10.2019     226

Çinin Ciansu vilayətinin Usi şəhərində kafedə partlayış baş verib.

Redaktor.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin Sişan rayonunda baş verən partlayışa səbəb qaz sızması olub.

Yerli vaxtla saat 11.00-da baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.(apa)