Suriyada qızğın döyüşlər: Daha bir ərazi azad edildi

 14:17 13.10.2019     512

Türkiyə ordusu və Suriya Milli Ordusunun apardığı “Sülh çeşməsi” əməliyyatı çərçivəsində sərhəddəki Tel Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan təmizlənib.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri mərkəzdə nəzarəti tam ələ alıb. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Suriya Milli Ordusu “Sülh çeşməsi" əməliyyatı nəticəsində Tel Abyadın Savami əl-Dəhliz kəndinin azad edildiyini açıqlayıb.