SON DƏQİQƏ: strateji magistral ələ keçirildi, Ərdoğan əməliyyatın tamamlanacağı tarixi açıqladı - VİDEO

 19:11 13.10.2019     406

Tel Abyad mahal mərkəzi tamamilə YPG/PKK terrorçularından təmizlənib.

Redaktor.az xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, uğurla həyata keçirilən əməliyyatlar nəticəsində Türkiyə ordusu və Suriya Milli Ordusu sərhədin 30-35 kilometr dərinliyinə qədər irəliləyərək strateji M-4 mağıstral yoluna nəzarəti təmin edib.

Ümumilikdə, Tel Abyad ve Rasulayn mahallarına bağlı 42 kənd YPG/PKK terrorçularından təmizlənib.

Prezident Rəcəb Tayyib Ərdoğan Tel Abyad və Rasulayndan sonra Ayn El-Arab ve Hasekenin təmizlənəcəyini bildirib.

"Təxminən 30-35 kilometr bir dərinliyə enəcəyik. Bunları tamamladıqdan sonra hərəkat hədəfinə çatmış olacaq", - o deyib.

Prezident hərəkat çərçivəsində indiyə kimi 490 terrorçunun zərərsizləşdirildiyini söyləyib.

Suriya Milli Ordusunun tərkib hissələrindən olan “Həmzə alayı” xüsusi təyinatlı qüvvələri “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatı üçün Fəratın şərqinə döyüşçülər göndərməkdə davam edir.

Redaktor.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gecə Rasulayna daha 500 əsgər göndərilib.

“Fərat Qalxanı” hərəkatından sonra qurulan, “Zeytun budaqı” əməliyyatına da qatılan və tamamilə kürdlərdən ibarət olan “Kürd Şahinləri” YPG/PKK terror təşkilatı ilə döyüşmək üçün ağır silahların olduğu maşınlarla Fəratın şərqinə girib.

“Kürd Şahinləri” olaraq Fəratın şərqinə gedirik. PKK-nın kürd qardaşlarımıza yaşatdığı zülmə son qoyacağıq. Oradakı qardaşlarımızın qoruyucusu PKK deyil, bizik”, - qrupun komandirlərindən biri deyib.

Türkiyənin Müdafiə Nazirliyi “Sülh çeşməsi” çərçivəsində ötən gecə əməliyyatların quru və havadan uğurla davam etdirildiyini açıqlayıb. Məlumata görə, öldürülən terrorçuların sayı 480-ə çatıb.

Terrorçular irəliləyən türk ordusunun qarşısında çarəsiz vəziyyətə düşüblər. Bunu YPG komandirlərindən birinin ağlamasından da aydın görmək olar.(publika.az)