AB Türkiyəyə silah embarqosunu nəzərdən keçirir

 13:23 14.10.2019     359

Lüksemburqda Avropa Birliyinin Xarici İşlər nazirləri Suriyanın şimalındakı “Sülh çeşməsi” əməliyyatlarını müzakirə etmək üçün bir araya gələcək.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, diplomatlar Türkiyəyə silah embarqosunun mümkünlüyü nəzərdən keçirəcək.

Qeyd edək ki, Fransa, Almaniya və digər ölkələr Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatlarına qarşıdır.

Anar Türkeş / Redaktor.az