1 milyard dollarlıq saziş - Putinin krallığa səfərinin gündəmi açıqlandı

 17:37 14.10.2019     548

Rusiya və Səudiyyə Ərəbistanı arasında enerji layihələrinə dair 1 milyar dollar dəyərində sazişlər imzalana bilər.

Redaktor.az xəbər verir ki, Rusiyanın Enerji naziri Aleksandr Novak belə açıqlama verib. Prezident Vladimir Putinin krallığa səfərini şərh edən Novak bildirib ki, “Gazprom” və “Sibur” kimi yerli şirkətlər Ər-Riyadla əməkdaşlığa maraq göstərir.

Qeyd edək ki, Putin bu gün Ərəbistana səfər edib.

Anar Türkeş / Redaktor.az