Meksikada QANLI GÜN - 14 polis əməkdaşı qətlə yetirildi

 07:20 15.10.2019     614

Meksikanın Miçoakan ştatında silahlı insident baş verib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, naməlum silahlı şəxslərə toqquşma zamanı 14 polis əməkdaşı öldürülüb.

Xəbərə görə, hadisə ştatın Aquilila şəhərində baş verib.

Asayiş keşikçilərinə hücum edənlərin şəxsiyyətinin müəyyən edilməsi və tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Rüfət Xəlil / Redaktor.az