ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların DETALLARI

 10:57 15.10.2019     843

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı imzaladığı sanksiyaların detalları məlum olub.

Redaktor.az xəbər verir ki, qadağalara əsasən polad məhsullarına tətbiq edilən vergilər 50 faizə çatıb. Həmçinin, Türkiyə ilə ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasını nəzərdə tutan danışıqlar dayandırılıb.

Türkiyənin Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Donmez və Daxili İşlər naziri Süleyman Soylunun adı sanksiya siyahısına əlavə edilib. Dövlət Departamentinin bəyənatına görə, sanksiyaların məqsədi Ankaranı Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatlarından yayındırmaqdır.

Anar Türkeş / Redaktor.az