Norveçin Rusiyaya qarşı istifadə etmək istədiyi "F-35"lərdə PROBLEM YARANDI

 11:35 15.10.2019     3218

Norveç Hava Qüvvələrinə məxsus ABŞ istehsalı “F-35” təyyarələrində nasazlıq baş verib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, buzlu ərazidə təyyarənin eniş sürətini azaltmaq üçün istifadə olunan paraşüt açılmır. Nasazlığın aradan qaldırılması üçün Pentaqona müraciət edilib.

Qeyd edək ki, Norveç “F-35”lərdən Rusiyanın sərhəddəki hərbi fəaliyyətini nəzarət altında saxlamaq üçün istifadə etməyi nəzərdə tutur.

Anar Türkeş / Redaktor.az