Mənbiç uğrunda şiddətli toqquşmalar başladı - Türkiyə ordusu şəhid verdi

 14:25 15.10.2019     240

Suriyanın Mənbiç bölgəsindəki PKK-PYD terrorçuları Türkiyə ordusunun mövqelərini atəşə tutub. Nəticədə 1 əsgər şəhid olub. 15 hərbçi yaralanıb.

Redaktor.az Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cavab atəşi nəticəsində azı 15 terrorçu məhv edilib. Bununla da, “Sülh çeşməsi” əməliyyatları çərçivəsində məhv edilən terrorçuların sayı 610-a çatıb.

Anar Türkeş / Redaktor.az