Rusiya müxalifətinin liderinin evi və ofisində axtarışlar aparıldı

 14:55 15.10.2019     279

Rusiya polisi müxalifət lideri, Korrupsiya ilə mübarizə fondunun təsisçisi Aleksey Navalnıy və ona dəstək verən müxalifətçilərin ofislərində və evlərində axtarışlar aparılıb.

Redaktor.az Anadaolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Navalnıy sosial media hesabında yazılı açıqlama verib.

Məlumata görə, axtarışlar 14 şəhəri əhatə edib. Axtarışların səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Rusiyanın Ədliyyə Nazirliyi fonda ölkə xaricindən qanunsuz yollarla maliyyə ayırıldığını irəli sürür.

Anar Türkeş / Redaktor.az