Böyük Britaniyadan Türkiyəyə GÖZLƏNİLMƏZ ADDIM

 15:27 15.10.2019     362

Böyük Britaniya Türkiyəyə silah satışını təxirə salıb.

Redaktor.az xəbər verir ki, krallığın Xarici İşlər Nazirliyindən belə açıqlama verilib. Bildirilib ki, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlara görə, Ankarayla hərbi əməkdaşlıq yenidən nəzərdən keçiriləcək.

“Araşdırma prosesi başa çatana qədər Türkiyəyə silah satışı dayandırılacaq” - deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, buna qədər bir neçə Avropa ölkəsi oxşar addım atıb.

Anar Türkeş / Redaktor.az