Macarıstandan Türkiyəyə dəstək - Əməkdaşlığa hazırıq

 15:40 15.10.2019     423

“Türkiyə suriyalı qaçqınların geri dönməsi üçün Suriyada təhlükəsizlik bölgəsi yaradarsa, Macarıstan Ankara ilə əməkdaşlıq etməyə hazırdır”.

Redaktor.az-ın məlumatına görə, Türk Şurasının 7-ci zirvə görüşündə iştirak etmək üçün Bakıda olan Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto mətbuata açıqlamasında belə deyib. O bildirib ki, Macarıstan dünyada qaçqınların öz doğma yerlərinə geri qayıtmasına həmişə dəstək verib.

"Bu üzdən Türkiyənin mühacirlərin problemini həll etməsi Macarıstanın siyasətinə uyğundur" -  deyə diplomat qeyd edib.

Anar Türkeş / Redaktor.az