Koalisiya qüvvələri Mənbiçdən çıxdı

 17:04 15.10.2019     274

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Mənbiç bölgəsindən çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə koalisiyanın mətbuat xidmətindən açıqlama verilib. Məlumata görə, hərbçilər Suriyanın cənub bölgələrinə doğru çəkilib.

Qeyd edək ki, yaxın saatlarda Türkiyə ordusunun “Sülh çeşməsi” hərəkatı çərçivəsində Mənbiçdə PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayacağı gözlənilir.

Anar Türkeş / Redaktor.az