Azərbaycanlı tələbələr "Sülh çeşməsi"nə dəstək aksiyası keçiriblər - FOTOLAR

 17:00 15.10.2019     203

Gürcüstanın paytaxtı Tbilisidə Türkiyə səfirliyinin qarşısında "Sülh çeşməsi" hərbi əməliyyatlarına dəstək məqsədi ilə aksiya keçirilib.

Redaktor.az-ın xəbərinə görə, səfirlik binasının qarşısına toplaşan 100-ə yaxın azərbaycanlı tələbə Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək verdiklərini bildiriblər.

Aksiya iştirakçıları Türkiyə hərbçilərinə dəstək olaraq "Dik dur, əyilmə, bu millət səninlə!”, "Hər türk əsgər doğulur" şüarları səsləndiriblər, dünya dövlətlərini Türkiyəyə qarşı ədalətli mövqe tutmağa çağırıblar.//Apa.az

22222