Dini mərkəzdə girov saxlanılan uşaqlar XİLAS EDİLDİ

 17:26 15.10.2019     254

Nigeriyanın Katsina əyalətindəki dini tədris mərkəzində aparılan axtarışlar zamanı dəhşətli hadisənin üstü açılıb.

Redaktor.az xəbər verir ki, Quran dərslərinin keçildiyi binada aralarında uşaqlar da olmaqla 67 nəfər zəncirlənmiş şəkildə tapılıb. Məlumata görə, girov saxlanılan şəxslər qeyri-etik şiddətə məruz qalıblar. Araşdırmalar zamanı məlum olub ki, girovların bəziləri qonşu Nigerin vətəndaşlarıdır.

Girovların sözlərinə görə, onların gözləri qarşısında bir neçə nəfər şiddət səbəbiylə həyatını itirib. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az