Braziliyada bina uçub - 1 nəfər ölüb

 02:16 16.10.2019     274

Braziliyanın Fortaleza şəhərində 7 mərtəbəli yaşayış binası üçüb.

Redaktor.az Ria-ya istinadən xəbər verir ki, insident nəticəsində bir nəfərin dağıntılar altında qalaraq ölüb

Hadisə yerinə cəlb edilən xilasedicilər azı 15 nəfərin dağıntılar altında qala biləcəyini bildirib.

Hadisəyə qaz sızmasının səbəb ola biləcəyi ehtimal edilir.

Rüfət Xəlil / Redaktor.az