Amerikalı nümayəndə heyəti Türkiyəyə gəlir

 10:41 16.10.2019     245

Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens, Dövlət katibi Mayk Pompeo və digər amerikalı rəsmilərin aralarında olduğu heyət Türkiyəyə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Amerikalı nümayəndə heyətinin sabah prezident Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi gözlənilir.

Müzakirə mövzusu Suriyanın şimalındakı vəziyyətlə bağlı olacaq.

Anar Türkeş / Redaktor.az