Azərbaycanlı iş adamı Rusiyada QƏZADA ÖLDÜ

 11:36 16.10.2019     316

Azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyada avtomobil qəzasında ölüb.

Redaktor.az-ın verdiyi məlumata görə, avtomobil qəzası Çelyabinsk vilayətində baş verib.

Yujnouralsk-Maqnitoqorsk avtomobil yolunda hərəkət edən "Toyota" markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin - azərbaycanlı Əlişah Süleymanov ölüb.

Avtomobili iş adamının sürücüsü idarə edib.

Qeyd edək ki, 60 yaşlı Ə. Süleymanov regionda tanınmış iş adamı olub. "Ruslada" şirniyyat fabrikinin sahibi olan azərbaycanlı iş adamı 1995-ci ildən Çelyabinskdə fəaliyyət göstərib.//Apa.az