Kim Çen In ağ atıyla Pektusan dağının zirvəsində - Dünyaya meydan oxudu / FOTOLAR

 11:54 16.10.2019     435

Şimali Koreya lideri Kim Çen In ağ atıyla Pektusan dağının qarlı zirvəsində gəzintiyə çıxıb.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, onun bu addımı böyük maraqla qarşılanıb. Şimali Koreyanın dövlət agentliyi Kim Çen Inın bu addımını “dünyanı heyrətə salacaq və Koreya inqilabını irəliyə daşıyacaq böyük əməliyyatın xəbərçisi” başlığıyla təqdim edib. Lakin xəbərdə “böyük əməliyyatın” nədən ibarət olacağı açıqlanmayıb. Röyters agentliyi Şimali Koreya liderinin önəmli qərarlar qəbul etməzdən əvvəl Pektusan dağına çıxdığına diqqət çəkib.

Kimin dağa çıxması nüvə və ballistik silah proqramına görə təzyiqlərə məruz qalan Şimali Koreyanın dünyaya meydan oxuması kimi dəyərləndirilib. Həmçinin, Şimali Koreyanın kosmos proqramına başlaya biləcəyi irəli sürülür.

Qeyd edək ki, 2017-ci ildə Kim Çen In, ən uzun mənzilli qitələrarası ballistik raketin sınağından sonra və Cənubi Koreya ilə dialoq çağırışlarına dair yeni il müraciətindən əvvəl Pektusan dağının zirvəsində görünmüşdü.

Anar Türkeş / Redaktor.az