Kəşmirdə toqquşma - Ölənlər var

 12:31 16.10.2019     258

Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsində təhlükəsizlik əməkdaşları ilə üsyançılar arasında toqquşma baş verib.

Redaktor.az xəbər verir ki, 3 silahlı öldürülüb. Ərazi hərbçilər tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Cammu Kəşmirdə yaşayan sakinlərin əksəriyyəti Hindistanın nəzarəti altında yaşamaq istəmir.

Anar Türkeş / Redaktor.az