Ərdoğan "Sülh çeşməsi" əməliyyatının başa çatacağı tarixi AÇIQLADI

 14:29 16.10.2019     271

“Mənbicdən İraq sərhədinə qədər Suriya daxilinə doğru 30-35 kilometr ərazi terrorçulardan təmizlənəndən sonra “Sülh çeşməsi” əməliyyatları başa çatacaq”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib. O bildirib ki, artıq 220 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.

Ərdoğan bildirib ki, Qərb, əməliyyatların dayandırılması üçün Türkiyəyə təzyiq göstərir. Lakin Ankara geri addım atmayacaq.

Anar Türkeş / Redaktor.az