Dinc insanların qətliamlarını görmək istəyən Qarabağa baxsın - Ərdoğan ittihamlara CAVAB VERDİ

 15:12 16.10.2019     236

“Dinc insanların qətliamlarını görmək istəyənlər Qarabağa, Əfqanıstana, Fələstinə, Əlcəzairə və Türkiyənin ayaq basmadığı digər bölgələrə baxsın”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” əməliyyatlarında Türkiyə ordusunun dinc insanları hədəfə alması barədə iddialara belə münasibət bildirib.

O qeyd edib ki, Türkiyə dinc insanlar arasında tələfatın olmaması üçün ciddi tədbirlər görür. Ərdoğanın sözlərinə görə, dünyanın müxtəlif bölgələrində qətliamlar törədən qərb ölkələrinin Türkiyəni ittiham etməsi əsassızdır.

Anar Türkeş / Redaktor.az