Türkiyənin əməliyyatı həbsdə olan İŞİD terrorçularının qaçmasına səbəb olub - Lavrov

 15:57 16.10.2019     212

Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi əməliyyat həbsdə olan İŞİD terrorçularının qaçmasına səbəb olub.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Suriya və Türkiyə orduları Fərat çayının şərq sahilində necə əməkdaşlıq edəcəklərinə dair qərar verməlidirlər.

“Rusiya bu məsələdə onlara dəstək verməyə hazırdır” - deyə Lavrov qeyd edib.

Anar Türkeş / Redaktor.az