Filippində güclü zəlzələ baş verdi - BAŞ VERDİ

 16:41 16.10.2019     276

Filippinin Mindanao adasında rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri 14 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Anar Türkeş / Redaktor.az