Gülənin ekstradisiya olunması üçün vəkili Trampa TƏZYİQ GÖSTƏRİB

 16:59 16.10.2019     242

2017-ci ildə ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani FETO terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması üçün “Ağ ev” rəhbərinə təzyiq göstərib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, həmin vaxt Culiani Trampın vəkili olmayıb. Lakin tərəflər arasında yaxşı münasibət olub.

“Ağ ev”də tez-tez Trampla görüşən Culiani Gülənin ekstradisiya olunmasının vacibliyini israrla dilə gətirib. Bu barədə mətbuata adının açıqlanmasını istəməyən “Ağ ev”dəki mənbə açıqlama verib.

Anar Türkeş / Redaktor.az