“ABŞ ilkin şərtlər olmadan İranla danışıqlara hazırdır” - Brayan Huk

 20:37 16.10.2019     250

ABŞ ilkin şərtlər olmadan İran hakimiyyətinin nümayəndələri ilə görüşməyə və danışıqlar aparmağa hazırdır.

Redaktor.az-ın verdiyi xəbərə görə, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

“ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo çox aydın şəkildə bildiriblər ki, ABŞ ilkin şərtlər olmadan İran hakimiyyətinin nümayəndələri ilə görüşməyə və danışıqlar aparmağa hazırdır. Əgər biz hərtərəfli razılığa gələ bilsək, heç kim bizim sülh istəyimizə və yaxud münasibətləri normallaşdırmağa hazır olmağımıza şübhə etməməlidir”, - deyə diplomat qeyd edib./apa/