Trampın Suriya ilə bağlı planı ÜZƏ ÇIXDI
ABŞ prezidenti Donald Tramp Suriyanın şərqindəki neft quyularının olduğu bölgələrdə 200 hərbçi saxlamaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə “New York Times“ qəzetinə adının açıqlanmasını istəməyən yüksək rütbəli amerikalı nümayəndə açıqlama verib. O bildirib ki, “Ağ ev” rəhbəri neft quyularının Suriya və Rusiyanın nəzarətinə keçməməsi üçün belə addım atmağı planlaşdırır.
Qeyd edək ki, Tramp Suriyadakı hərbçilərin geri çəkiləyəcəyini, təkcə xüsusi təyinatlıların bölgədə qalacağını bəyan edib.
Anar Türkeş / Redaktor.az