Türkiyə addım-addım zəfərə doğru irəliləyir - Ərdoğan
“Türkiyə müstəqillik müharibəsi aparır. Şükürlər olsun ki, addım-addım zəfərə doğru irəliləyirik”.
Redaktor.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib. O bildirib ki, bəzi qüvvələr Türkiyəni Liviyanın, Suriyanın, Yəmənin vəziyyətinə salmaq istəyib. Lakin Türkiyə onların cavabını verib.
Ərdoğanın sözlərinə görə, Türkiyə 2023 və qarşısına qoyduğu digər hədəflərə çatacaq.
Anar Türkeş / Redaktor.az