DTK-nın Putinə verdiyi xarakteristika AÇIQLANIB

 12:20 31.10.2019     352

Sankt-Peterburq Mərkəzi Dövlət Arxivində keçirilən sərgidə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Rusiya Prezidenti Vladimir Putin üçün verdiyi məxfi tövsiyə-xarakteristika nümayiş olunur.  

Redaktor.az-ın verdiyi xəbərə görə, sənəddə V. Putinin 1975-ci ildən “DTK-nın komsomol təşkilat”ında qeydiyyatda olduğu göstərilib.

Təşkilati və idman işlərindən məsul olan V. Putin çalışqan, intizamlı və vicdanlı əməkdaş kimi xarakterizə olunub.

Xarakteristika da o da bildirilib ki, V. Putin müntəzəm olaraq idmanla məşğul olub: “Yoldaş Vladimir Putin daim özünün ideoloji-siyasi səviyyəsini artırmaqla məşğuldur. Partiya təhsili şəbəkəsində aktiv şəkildə fəaliyyət göstərir. Daim özünün peşəkar ustalığını nümayiş etdirir”.

Xarakteristikada qeyd olunub ki, V. Putin müntəzəm olaraq idmanla məşğul olub.

Sənəddə o da göstərilib ki, V. Putin artıq 23 yaşında sambo və cüdo üzrə SSRİ idman ustası adını qazanıb, 1976-cı ildə isə Leninqrad çempionatının qalibi olub. Bundan başqa o, iş yoldaşlarının rəğbətini qazanmış əxlaqlı bir gənc kimi tanınıb.

Sərgi dekabrın 20-dək davam edəcək.//Apa.az