Zelenski ilə telefon söhbətimin mətnini canlı yayımda oxuyacam - Tramp

 12:46 01.11.2019     367

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığının mətnini canlı yayımda oxuyacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Ağ ev” rəhbəri özü açıqlama verib. O bildirib ki, telefon söhbəti qaydalara uyğun şəkildə həyata keçirilib.  

Qeyd edək ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib. Nümayəndələr Palatası Trampın impiçmenti məsələsi üzrə demokratların başlatdığı təhqiqat prosedurunu dəstəkləyən qətnaməni qəbul edib.

Anar Türkeş / Redaktor.az