Trampın 11 min tvitter mesajı ANALİZ EDİLDİ
“New York Times” qəzeti ABŞ prezidenti Donald Trampın hakimiyyətə gələndən sonra yazdığı 11 mindən çox tvitter mesajını analiz edib.
Redaktor.az xəbər verir ki, araşdırmaya görə, mesajların əksəriyyətində, yəni 5889 tvittdə “Ağ ev” rəhbəri rəqiblərinə və düşmənlərinə qarşı təhdid fikirlər səsləndirib. Tramp qaçqınlar barədə 159, Çinlə olan vergi münasibətləri barədə isə 521 mesaj yazıb.
Tramp oktyabr ayının ilk iki həftəsində tvitterdən 500 dəfə istifadə edib. ABŞ prezidenti özünü tərifləmək üçün 2000 mesaj yazıb.
Anar Türkeş / Redaktor.az