ABŞ-a səfərim Trampla telefon danışığının nəticəsindən asılıdır - Ərdoğan

 14:56 05.11.2019     1160

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri amerikalı həmkarı Donald Trampla baş tutacaq telefon danışığının nəticəsindən asılı olacaq”.

Redaktor.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan özü açıqlama verib. O bildirib ki, yekun qərar Trampla baş tutacaq telefon danışığından sonra qəbul ediləcək.

Qeyd edək ki, Tramp noyabr ayının 13-də Ərdoğanın ABŞ-a səfər edəcəyini bəyan edib.

Anar Türkeş / Redaktor.az