İlon Maskın sərvəti bir həftə ərzində 2 milyard dollar artdı

“Space X” və “Tesla” şirkətlərinin icraçı direktoru İlon Maskın sərvəti bir həftə ərzində 2 milyard dollar artıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bildirilib ki, buna səbəb “Tesla” şirkətinin səhmlərinin qiymətinin dünya birjalarında 24 faiz artmasıdır. Beləliklə, Maskın sərvəti 22,9 milyard dollara çatıb.
Qeyd edək ki, biznesmen “Tesla” şirkətində 22 faiz paya sahibdir.
Anar Türkeş / Redaktor.az