SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO

 15:07 07.11.2019     7711

Rusiyanın Novorosiysk şəhərindəki neft emalı zavodunda güclü partlayış baş verib.

Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. Məlumata görə, yanğın neft anbarında baş verib. Bir neçə dəqiqə sonra partlayış müşahidə edilib.

Dərhal əraziyə 100-ə qədər yanğınsöndürən cəlb edilib. Onların səyi nəticəsində alov ram edilib. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az