Avropa Şurasının Baş katibi Gürcüstana səfər edəcək

 11:15 09.11.2019     293

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç noyabrın 11-də Gürcüstana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, səfər  Avropa Şurası Nazirlər Komitəsinin  sədrliyinin yaxın vaxtlarda Gürcüstana ötürülməsi  ilə əlaqədar baş tutacaq.

Səfər çərçivəsində  Avropa Şurasının Gürcüstan üçün 2020-2023-cü illər üzrə Fəaliyyət Planının rəsmi təqdimatı keçiriləcək. 

Avropa Şurasının Baş katibinin Gürcüstan Prezidenti, Baş nazir, parlamentin sədri və Avropa Şurası Parlament Assambleyasındakı Gürcüstan nümayəndə heyətinin rəhbəri ilə görüşləri də planlaşdırılıb.//Apa.az